Çin sahil mühafizəsi Tayvan gəmisini ələ keçirdi
Bizi izləyin

Dünya

Çin sahil mühafizəsi Tayvan gəmisini ələ keçirdi

Çin Sahil Mühafizəsi Tayvanın nəzarətində olan adaların sahillərində Tayvan balıqçı gəmisini saxlayıb.

Publika.az xəbər verir ki, bu barədə Tayvan Sahil Mühafizəsi məlumat yayıb .

Bildirib ki, iyulun 2-də axşam Tayvan balıqçı gəmisi Tayvanın nəzarətində olan Kinmen adaları yaxınlığında, Tayvan boğazının median xəttindən 25 dəniz mili qərbində olub, iki Çin sahil mühafizə gəmisi ona yaxınlaşıb, onun şəxsi heyəti gəmiyə minərək ekipajı saxlayıb.

"Sahil mühafizəsinə xəbərdarlıq göndərərək balıqçı gəmisini dərhal buraxmağı tələb etdik. Qarşı tərəf isə müdaxilə etməməyi tələb edərək cavab verib”, - idarənin açıqlamasında bildirilir.

Tayvanın sahil mühafizəsi münaqişənin böyüməməsi üçün digər gəmiləri geri çəkməli olub. Ələ keçirilən balıqçı gəmisi isə Çin limanlarından birinə çatdırılıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm