Şəkidə ferma yandı - VİDEO/YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Şəkidə ferma yandı - VİDEO/YENİLƏNDİ

Şəki şəhərinin yaxınlığında fermada baş verən yanğın söndürülərək yaşayış massivinə, ətrafa yayılmasının qarşısı alınıb.

Publika.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Şəki şəhəri, B.Vahabzadə küçəsində ferma ərazisində yanğın hadisəsinin baş verməsi ilə bağlı məlumat daxil olub.

Məlumata görə, əraziyə dərhal bir neçə yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib.

İlkin məlumata əsasən, ferma ərazisində ümumi sahəsi 752 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları, bitişik ümumi sahəsi 12 m² olan gözətçi otağının yanar konstruksiyaları və ətrafında 480 m² sahədə kol-kos yanıb. Yaxınlıqdakı tikililər, yaşayış massivi, sənaye obyektləri yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

Şəki şəhərində fermada yanır.

Publika.az xəbər verir ki, bununla bağlı Oxu.Az-a məlumat verilib.

Baş vermiş hadisə ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandıran Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti faktı təsdiqləyib.

Qeyd edilib ki, FHN-in "112" qaynar xəttinə Şəki şəhəri, B.Vahabzadə küçəsində yanğın hadisəsi baş verməsi ilə bağlı məlumat daxil olub.

"Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində fermada baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb. Yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir", - deyə məlumatda vurğulanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm