Dərman almaq üçün evindən çıxan qadını piton uddu
Bizi izləyin

Dünya

Dərman almaq üçün evindən çıxan qadını piton uddu

İndoneziyanın Cənubi Sulavesi əyalətində 9 metr uzunluğunda piton bir qadını udub.

Publika.az xəbər verir ki, bu barədə “The Sun” qəzeti məlumat yayıb.

Bildirilir ki, Siteba kəndində yaşayan 36 yaşlı Siriati dərman almaq üçün evindən çıxıb. O evə qayıtmadıqda isə polisə məlumat verilib. Araşdırmalar nəticəsində evlərindən 500 metr aralıda qadının ayaqqabıları tapılıb.

Ayaqqabıların tapıldığı yerin yaxınlığında pitonu görən səlahiyyətlilər, qarını şiş olduğu üçün onun qadını udduğundan şübhələniblər. Kənd sakinlərinin köməyi ilə Siriatinin cansız bədəni öldürülmüş pitonun qarnından çıxarılıb.

Qeyd edək ki, bu, son 24 gün ərzində həmin bölgədə baş verən ikinci hadisədir.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm