Rusiya ABŞ-a xəbərdarlıq etdi: Nəticəsi ağır olacaq!
Bizi izləyin

Dünya

Rusiya ABŞ-a xəbərdarlıq etdi: Nəticəsi ağır olacaq!

ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketi ayırması yalnız yeni qurbanların olmasına səbəb olacaq.

Publika.az xəbər verir ki, Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov belə bir addımın nəticələri barədə xəbərdarlıq edib.

Diplomatın sözlərinə görə, bu yolla Amerika hakimiyyəti Kiyevi dinc əhalinin ölümünə səbəb olacaq yeni cinayətlər törətməyə sövq edir.

“Administrasiya müharibə istiqamətində kursunu davam etdirir. O, Rusiya üzərində strateji qələbə ilə bağlı illüziya xəyallarını bəsləyir”, - deyə Antonov qeyd edib. O deyib ki, Vaşinqton işlərin əsl vəziyyətini başa düşmür.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm