“Lenfilm”in sabiq direktorunun yeri bilindi: Türkiyədə gizlənirmiş
Bizi izləyin

Dünya

“Lenfilm”in sabiq direktorunun yeri bilindi: Türkiyədə gizlənirmiş

“Lenfilm” kinostudiyasının keçmiş baş direktoru, hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunan Fyodor Şerbakov ötən ilin oktyabrında Türkiyəyə qaçıb.

Publika.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Aydın olur ki, Şerbakov Rusiya sərhədini keçdikdən sonra axtarışa verilib. O, iş üzrə digər iki müttəhimin saxlanıldığı gün Vnukovo hava limanından TK-420 reysi ilə İstanbula uçub.

“Şerbakov, ötən il oktyabrın 25-də sərhədi keçməsi barədə məlumat alındıqdan sonra beynəlxalq axtarışa verilib. Hazırda istintaqda Şerbakovun Rusiyaya qayıtması ilə bağlı məlumat yoxdur”, - iş materiallarında qeyd olunur.

Xatırladaq ki, bundan əvvəl məhkəmə Şerbakovu iki ay müddətinə qiyabi həbs etmişdi. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 163-cü maddəsi ("hədə-qorxu ilə tələb etmə") ilə ittiham olunur.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm