Dünya
Meksikada Prezident Sarayına hücum edildi - FOTOLAR
Meksika müasir tarixinin ən həssas dönəmlərindən birini yaşayır.
Publika.az xəbər verir ki, minlərlə ölkə vətəndaşı Prezident Sarayının qarşısına toplaşaraq ölkə başçısının istefası tələbini irəli sürüb. Sarayın önündə polislə qarşıdurmaya girən bir neçə tələbənin asayiş keşikçiləri tərəfindən həbs edilməsi də etiraz aksiyalarının səngiməsinə gətirib çıxarmayıb. Bir neçə gün bundan əvvəl ölkənin cənub-qərbində 43 tələbənin vəhşicəsinə öldürülüb cəsədlərinin yandırılmasında bir sıra polis işçilərini əlinin olması faktı aşkarlanandan sonra xalqın narazılığı gündən-günə artır. Dəmir alətlər və dəyənəklərlə polislə qarşıdurmaya girən aksiyaçılardan bəziləri Prezident Sarayına “Molotov” kokteyli ataraq iqamətgaha ziyan vurmağa çalışıb.
Yoxa çıxan tələbələrlə bağlı ölkənin baş prokuroru Cesus Murillo Karamın rəhbərliyi altında aparılan istintaq isə sona çatıb. İstintaqın nəticələrinə görə, İqualada yoxa çıxan 49 nəfər öncə polis tərəfindən nəzarət altına alınıb. Polis etirazçılardan 6-sını təhqiqat zamanı öldürüb, 43 nəfəri isə “Guerreros Unidos” adlı cinayətkar dəstəyə təhvil verib. Hadisələrin gözlənilməz sonluqla nəticələnə biləcəyindən ehtiyat edən Meksika prezidenti Enriki Pena Nieto xalqı sakitləşməyə çağırıb. O, ölkənin rəsmi dövlət qurumlarına edilən hücumların dayandırılmasını xahiş edib. Yerli mətbuat isə Meksikada daha bir neçə etiraz aksiyasının keçiriləcəyini, vəziyyətin daha da gərginləşəcəyini xəbər verir.
Meksika prezidenti Enriki Pena Nietonun etirazçıları sakitləşdirmək istədiyi bir vaxtda ölkənin birinci xanımı Angelika Riveranın saraya bənzəyən evi satın alması yeni mübahisələrə yol açıb. Nietonun xanımı Meksikanın ən zəngin bölgəsi sayılan Lomas de Çapultepecdə yerləşən villaya 4,1 milyon dollar ödədiyi üzə çıxıb. Meksikanın kütləvi informasiya vasitələri bu evin dövlət layihələrindən milyonlarla dollar qazanan özəl bir inşaat firmasının sahibinin xanımına hədiyyə olduğunu xəbər verir. Mübahisələrin getdikcə dərinləşməsi səbəbindən ölkə başçısının xanımı evi satışa çıxarmağa məcbur olub.
Anar
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi