Dünya
Blinken G7 ölkələrinə xəbər verdi: İran TƏTİKDƏ - İsrailə hücum an məsələsidir
ABŞ dövlət katibi Antoni Blinken Yeddilik Qrupunun (G7) xarici işlər nazirlərinə İran və şiə Hizbullah hərəkatının yaxın 24 saat ərzində İsrailə hücum edə biləcəyini deyib.
Publika.az xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.
Bildirilir ki, Blinken G7 həmkarları ilə telefon danışığına təşəbbüs göstərərək, İran və Hizbullaha diplomatik təzyiq göstərərək zərbənin gücünü minimuma endirməyi tövsiyə edib.
Mənbələr bildirib ki, bu da HƏMAS hərəkatının Fələstin Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə cavab olacaq. ABŞ dövlət katibi deyib ki, mümkün hücumun qarşısının alınması, nəticələrin yumşaldılması regionda genişmiqyaslı müharibənin qarşısını almaq üçün ən yaxşı yol olacaq.
Məlumata görə, Blinken İran və Hizbullahın yəhudi dövlətini vuracağına əmindir, lakin bu addımın nəticəsinin konkret olaraq nə olacağı bəlli deyil. O qeyd edib ki, Birləşmiş Ştatlar bu hücumu məhdudlaşdırmağa, sonra isə İsrailin buna mümkün cavabını yumşaltmağa çalışır.
Nəşrin həmsöhbətlərinin sözlərinə görə, Amerika xarici siyasət departamentinin rəhbəri də Yaxın Şərq münaqişəsinin kəskinləşməsinin Qəzza zolağında atəşkəslə bağlı danışıqlara təsirindən məyus olduğunu bildirib.
Adəm Abbaslı
-
Rəsmi xronika15:16
İlham Əliyev türkiyəli aktyoru təltif etdi - FOTO
-
Hadisə15:10
Əsgərimiz güllə yarasından öldü - FOTO
-
Kriminal14:18
Atası oğlunu öldürəni bağışlamışdı, amma... - Məhkəmə qərar verdi
-
ABŞ13:22
Dünyanın ən varlı 3 milyarderi andiçmədə Trampın yanında olacaq: Bu qədər pul veriblər
-
Region12:40
Xamenei adamını gizli şəkildə Moskvaya göndərdi - İran çıxılmaz vəziyyətdə
-
Hadisə12:13
Bakıda vəzifəli şəxsin oğlu özünü 17-ci mərtəbədən atdı - FOTO
-
Sosial11:08
Müdafiə Nazirliyi xəbərdarlıq etdi: təşvişə düşməyin
-
MDB10:22
Putinin "qeyri-qanuni qızı" aranı qarışdırdı: Uşaqları meşəyə aparın və...