İran bütün mülki aviaşirkətlərə xəbərdarlıq etdi: Buradan uzaq durun
Bizi izləyin

Dünya

İran bütün mülki aviaşirkətlərə xəbərdarlıq etdi: Buradan uzaq durun

İsrailli təhlükəsizlik mənbəsi mediaya bildirib ki, İsrail yaxın 48 saat ərzində İranın mümkün hücumu üçün yüksək hazırlıq vəziyyətinə gətirilib.

Publika.az xəbər verir ki, İsrailin təcili yardım xidmətinin möhkəmləndirilmiş bir yeraltı mərkəzində qan yığdığı, fabriklərin təhlükəli materialları çıxardığı, bələdiyyə orqanlarının hücum təhlükəsinə qarşı bomba sığınacaqlarını və su təchizatını yoxladığı bildirilir.

İsrailin ictimai Yayım Korporasiyası girovlarla bağlı danışıqların dayandırıldığını və bərpa tarixinin hələ müəyyən edilmədiyini bildirib.

İranın BMT-dəki daimi nümayəndəsi Səid İrəvani Qəzzada atəşkəs və İsrailin işğalına son qoyulması müqabilində bu ölkəyə hücum niyyətindən əl çəkə biləcəkləri ilə bağlı xəbəri "Əl-Cəzirə" telekanalına şərh edib.

"Bizim prioritetimiz hücumların daimi olaraq dayandırılmasını və Qəzzada işğalçı qüvvələrin geri çəkilməsini təmin etməkdir. Həmçinin, Haniyənin öldürülməsində iştirak edən hücumçuların cəzalandırılmasıdır. Digər prioritetimiz İsrail rejimi tərəfindən terror aktlarının təkrarlanmasının qarşısını almaqdır”, - deyə İrəvani bildirib.

Misir mənbələrinə görə, İran bütün qlobal mülki hava yollarına uçuş qadağası ilə bağlı da bildiriş göndərib. İran mülki hava yollarına hərbi təlimlər səbəbilə hava məkanından uzaq durmaq barədə xəbərdarlıq edib.

Qeyd olunub ki, İrandan mümkün qisasla bağlı narahatlıqlar səbəbindən əksər beynəlxalq aviaşirkətlər uçuşları İraq hava məkanından Səudiyyə Ərəbistanının hava məkanına yönləndiriblər.

Misir və İngiltərə öz pilotlarına NOTAM təlimatı verib. Britaniya təhlükəsizlik baxımından Beyrut və Tehran üzərində mülki aviasiya fəaliyyətini dayandırıb.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm