Rusiya ilə Almaniya arasında tank gərginliyi: Medvedev hədələdi
Bizi izləyin

Dünya

Rusiya ilə Almaniya arasında tank gərginliyi: Medvedev hədələdi

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Berlində Federal Məclisin qarşısındakı meydana ən yaxşı rus tanklarını göndərməklə hədələyib.

Publika.az xəbər verir ki, Medvedev “Bild” qəzetində alman tanklarının Rusiya ərazisinə qayıtması ilə bağlı yazılan məqaləyə sərt cavab verib.

O, belə deyib:

"Almaniyanın "Bild" qəzeti revanşist məqalə dərc edib və orada alman tanklarının Rusiya ərazisinə qaytarıldığını qürurla elan edib. Buna cavab olaraq, ən yeni rus tanklarının Berlindəki meydana gətirilməsi üçün hər şeyi edəcəyik".

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm