Qırıcıların alınması ilə bağlı ABŞ-la razılaşma: Türkiyə məmnundur
Bizi izləyin

Dünya

Qırıcıların alınması ilə bağlı ABŞ-la razılaşma: Türkiyə məmnundur

Türkiyə ABŞ-dan F-16 təyyarələrinin alınması ilə bağlı razılaşmadan məmnundur və layihənin problemsiz həyata keçirilməsinə ümid edir.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin müdafiə naziri Yaşar Gülər ​​bildirib.

"Ümid edirik ki, son döyüş təyyarəsi gətirilənə qədər layihə heç bir problem olmadan başa çatacaq", - Gülər ​​bildirib.

Müdafiə Nazirliyinin rəhbəri əlavə edib ki, Ankara və Vaşinqton hazırda sövdələşmənin detallarını müzakirə etməkdə davam edir.

İyunun 13-də ABŞ və Türkiyə amerikan qırıcılarının bir partiyasının tədarükünə dair müqavilə imzalayıb.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm