Dünya
Türk düşmənindən şok etiraf: ABŞ bu qalmaqaldan danışır
Türkiyəyə qarşı düşmənçiliyi ilə tanınan ABŞ Nümayəndələr Palatasının keçmiş üzvü, respublikaçı Corc Santos fırıldaqçılıq və şəxsiyyət oğurluğu ittihamları ilə mühakimə olunub.
Publika.az xəbər verir ki, Nyu Yorkdakı məhkəmə prosesinin ardından jurnalistlərə açıqlama verən Santos işdə təqsirli olduğunu etiraf edib.
O, etdiyi hərəkətə görə peşmanlığını və tərəfdarlarının etibarına xəyanət etdiyinin fərqində olduğunu bildirib: "Bu, təkcə başqalarına verdiyim yalan ifadələri etiraf etmək deyil, daha da əhəmiyyətlisi, son illərdə özümə söylədiyim yalanların etirafıdır”.
Santosla bağlı hökm 2025-ci ilin fevralında veriləcək. Qeyd edək ki, 8 noyabr 2022-ci il seçkilərində Nyu Yorkdan Konqresə üzv seçilən Santos daha sonra yalan ifadələr vermək, saxtakarlıq və çirkli pulların yuyulması kimi bir çox ittihamlarla üzləşib. O, 2023-cü il dekabrın 1-də etik qaydaları pozduğu üçün vəzifəsindən uzaqlaşdırılıb.
Santos bundan əvvəl əsassız erməni iddialarını gündəmə gətirməyə cəhd və Türkiyənin NATO-dakı rolunu şübhə altına alan qalmaqallı qiymətləndirmələr də edib.
Roza Şəfiyeva
-
Rəsmi xronika15:30
İlham Əliyev onlara yüksək vəzifə verdi
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO