FİFA-dan Eto’Oya 6 aylıq qadağa
Bizi izləyin

İdman

FİFA-dan Eto’Oya 6 aylıq qadağa

Beynəlxalq Futbol Federasiyasının (FİFA) İntizam Komitəsi Kamerun Futbol Federasiyasının prezidenti Samuel Eto’Onun 6 ay müddətinə Kamerun millisinin oyunlarında iştirakına qadağa qoyub.

Publika.az xəbər verir ki, “Barselona”, “İnter” və “Çelsi”nin sabiq futbolçusu FİFA intizam məcəlləsinin təhqiredici və nalayiq davranış və ədalətli oyun prinsiplərinin pozulması ilə bağlı iki maddəsi ilə təqsirli bilinib.

43 yaşlı Eto’Oya qarşı sanksiyalar 2024-cü il sentyabrın 11-də Kamerun və Braziliya arasında keçirilən FİFA U-20 qadınlararası dünya çempionatının 1/8 final mərhələsində davranışına görə tətbiq edilib.

Eto’Oya qoyulan qadağa onun 6 ay müddətində bütün kateqoriyalar və yaş qrupları üzrə Kamerunun kişi və qadın millilərinin oyunlarına getməsinə mane olacaq.

Eto’O 2021-ci ildən Kamerun Futbol Federasiyasına rəhbərlik edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm