Burak Yılmaz istefa verdi - “Beşiktaş”a məğlubiyyətdən sonra
Bizi izləyin

İdman

Burak Yılmaz istefa verdi - “Beşiktaş”a məğlubiyyətdən sonra

Türkiyənin “Kayserispor” komandasının baş məşqçisi Burak Yılmaz istefa verib.

Publika.az xəbər verir ki, o, Superliqanın VII turunda doğma meydanda “Beşiktaş”a 0:3 hesabı ilə məğlub olduqları oyundan sonra bu qərarı verib.

"Hər şeyi etdik... Yatmadıq, bazada qaldıq, oyun planı, təzyiq, uşaqlarla söhbət... Bir şey qaldı, o da mənim ayrılmağım. Məşqçi dəyişikliyinin bu şəhərə, komandaya fayda verə biləcəyini düşünərək istefa verirəm" - deyə Burak Yılmaz bildirib.

Qeyd edək ki, 39 yaşlı mütəxəssis bu ilin yanvar ayından Kayseri təmsilçisinə rəhbərlik edirdi.

“Kaysərispor” turnir cədvəlində 3 xalla 17-ci sırada yer alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm