Dünya
İŞİD 2 min silahlı ilə hücuma keçdi
“İslam Dövləti” (İŞİD) terror qruplaşması 2 min silahlısı ilə İraqın qərbindəki Anbar əyalətinin Ramadi şəhərinə yenidən hücuma keçib.
Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bu barədə vilayətin Məclis başçısının köməkçisi Falih İsavi bildirib.
Falih İsavi ordu və İŞİD arasında qarşıdurmaların davam etdiyi şəhərdə təhlükənin artdığını söyləyib. İŞİD hazırda şəhərin cənub, şimal və qərb istiqamətlərində yerləşib. Terror qruplaşması təxminən bir aydır Ramadi şəhəri ilə Hit mahalına qida, dərman və yanacağın çatdırılmasına maneə olur.
Anbar əyaləti itiriləcəyi halda İŞİD-in Bağdada gedən yolunun tamamilə açılacağı bildirilir.
Hazırda İŞİD-in əlində olan üç strateji hərbi baza Bağdadın təxminən 40 kilometrliyindədir. Sözügedən bazalar şiələrin müqəddəs məkanları sayılan Kərbəla və Nəcəf şəhərlərinə də yaxındır.
Ömər Dağlı
-
Avropa09:12
Gecə Rusiya fəallaşdı: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO