Cənubi Qafqaz
Ermənistan ordusunda dəhşətli itkilər - ABŞ-ın hesabatı hər şeyi ifşa etdi
Son 6 ildə Ermənistan ordusunun 277 hərbçisi qeyri-döyüş şəraitində ölüb.
Publika.az xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti yazıb.
Qəzet ABŞ Dövlət Departamentinin Demokratiya və İnsan Haqları Bürosunun hesabatında Ermənistanla bağlı ciddi problemlərin yer aldığını diqqətə çatdırıb.
“Hökumət və ya onun qurumları tərəfindən özbaşına və ya qeyri-qanuni, o cümlədən, məhkəmədənkənar qətllər barədə heç bir məlumat verilməyib. İnsan haqlarını müdafiə edən QHT-lər silahlı qüvvələrdə xidmətlə əlaqədar olmayan ölüm hallarından və hüquq-mühafizə orqanlarının bu hallarla bağlı ciddi araşdırma aparmamasından narahatlıqlarını dilə gətiriblər.
Ermənistan ordusunda qeyri-döyüş şəraitində baş verən ölüm hallarının statistikası dəhşətlidir. 2018-ci ildə 36, 2019-cu ildə 32, 2020-ci ildə 46, 2021-ci ildə 42, 2022-ci ildə 38, 2023-cü ildə 53 ölüm faktı qeydə alınıb. 2024-cü ilin ilk 5 ayında ölənlərin sayı 30-u keçib. Müdafiə Nazirliyi bu rəqəmləri azaltmaq üçün heç bir addım atmır”, - hesabatda bildirilir.
Qəzet yazır ki, hökumət bu faktları gizlətməyə çalışsa da, Dövlət Departamentinin hesabatı dəhşətli statistikanı ifşa edir.
Asif
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi


































