Dünya
Dünya mediası yazır: Türkiyə bu 6 ölkənin seçimi oldu
Son illərdə edilən investisiyalar, texnologiya inkişafı və yerli istehsal strategiyaları sayəsində Türkiyə müdafiə sahəsində beynəlxalq miqyasda üstün mövqeyə yüksəlib.
Publika.az xəbər verir ki, “The Eurasian Times” qəzeti bununla bağlı təhlil yazısı dərc edib.
Təhlildə İslam ölkələrinin Amerikanın müdafiə idxalından uzaqlaşaraq Türkiyəyə üstünlük verdiyi bildirilib. Xüsusilə pilotsuz uçuş aparatları (PUA), sualtı qayıqlar və qabaqcıl raket sistemləri kimi strateji məhsulları ilə Türkiyə qlobal bazarın önəmli oyunçularından birinə çevrilib.
Həmçinin təhlildə əsasən Azərbaycan, Pakistan, İndoneziya, Malayziya, Maldiv adaları və Səudiyyə Ərəbistanının silah təchizatı üçün Ankaraya ehtiyacı olduğu vurğulanıb.
Türkiyənin müdafiə sənayesində "ANKA" pilotsuz uçuş aparatı, "Bayraktar AKINCI" kimi sistemlərin töhfəsi ilə ölkənin nüfuzunun daha da gücləndiyi qeyd edilib.
Maldiv adaları Hərbi Hava Qüvvələrinin 3 ədəd "Bayraktar TB2" pilotsuz uçuş aparatını inventarına əlavə etdiyi də bildirilib.
Türkiyənin1980-ci illlərdə qurulan müdafiə sənayesinin Prezident Rəcəb Tayyib Ərdoğan dövründə sürətlə inkişaf etdiyi vurğulanıb.
Roza Şəfiyeva
-
MDB01:30
TƏCİLİ İCLAS: Putin gecə ilə Kremlə gəldi - VİDEO
-
Yaxın Şərq01:10
İsrail Livanın cənubuna fosfor bombası yağdırır - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: yeni imkanlar qapınızı döyür
-
Dünya30 Sentyabr 23:51
İsrail Livanda quru əməliyyatına başladı - VİDEO
-
Ekopublika.az30 Sentyabr 21:47
Bakının bu ərazisində 100 minə ev alanların PULLARI BATACAQ - XƏBƏRDARLIQ
-
İdman30 Sentyabr 19:40
Arvadı ondan 20 milyon tələb edir: Boşanmamaq üçün
-
Ekopublika.az30 Sentyabr 19:15
Bakıda mənzillər son 1 ildə nə qədər bahalaşıb?
-
İdman30 Sentyabr 19:05
Serhat Akına silahlı hücum edən 5 nəfər həbs olundu