"Qarabağ" "Tottenhem"ə məğlub oldu - YENİLƏNDİ
Bizi izləyin

İdman

"Qarabağ" "Tottenhem"ə məğlub oldu - YENİLƏNDİ

"Qarabağ" UEFA Avropa Liqasında İngiltərənin "Tottenhem" klubuna məğlub olub.

Publika.az xəbər verir ki, "Tottenhem Hotspur" stadionunda keçirilən Liqa mərhələsinin I turununun oyunu meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda hesabı 12-ci dəqiqədə Brennan Conson açıb. 53-cü dəqiqədə Pap Matar Sarr hesab arasındakı fərqi iki topa çatdırıb. Qarşılaşmada yekun hesabı isə 69-cu dəqiqədə adını tabloya yazdıran Dominik Solanke müəyyənləşdirib.

Qeyd edək ki, görüşün 7-ci dəqiqəsində londonlular Radu Drequşinin qırmızı vərəqə almasının ardından meydanda azlıqda qalıb. 58-ci dəqiqədə isə “köhlən atlar”dan Toral Bayramov penalti zərbəsindən yararlana bilməyib.

“Qarabağ” UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunda, oktyabrın 3-də İsveç təmsilçisi “Malmö” ilə qarşılaşacaq. Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

01:03

UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunun "Tottenhem" (İngiltərə) - "Qarabağ" oyununda daha bir qol vurulub.

Publika.az xəbər verir ki, "Tottenhem Hotspur" stadionundakı matçın 69-cu dəqiqəsində meydan sahiblərinin heyətində Dominik Solanke fərqlənib - 3:0.

Qeyd edək ki, London təmsilçisi meydanda 10 nəfərlə mübarizə aparır. 7-ci dəqiqədə Radu Drequşin qırmızı vərəqə ilə cəzalanıb. 58-ci dəqiqədə isə "Qarabağ"ın heyətində Toral Bayramov penalti zərbəsindən yararlana bilməyib.

xxx

00:53

UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunun "Tottenhem" (İngiltərə) - "Qarabağ" oyununda təmsilçimiz penalti zərbəsindən yararlana bilməyib.

Publika.az xəbər verir ki, "Tottenhem Hotspur" stadionundakı matçın 58-ci dəqiqəsində Toral Bayramov 11 metrlik cərimə zərbəsini qaçırıb.

Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı üstünlüyü ilə davam edir.

Qeyd edək ki, London təmsilçisi meydanda 10 nəfərlə mübarizə aparır. 7-ci dəqiqədə Radu Drequşin qırmızı vərəqə ilə cəzalanıb.

00:48

UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunun "Tottenhem" (İngiltərə) - "Qarabağ" oyununda daha bir qol vurulub.

Publika.az xəbər verir ki, "Tottenhem Hotspur" stadionundakı matçın 53-cü dəqiqəsində Pap Matar Sarr fərqlənib - 2:0.

Qeyd edək ki, London təmsilçisi meydanda 10 nəfərlə mübarizə aparır. 7-ci dəqiqədə Radu Drequşin qırmızı vərəqə ilə cəzalanıb.

xxx

00:30

UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunun "Tottenhem" (İngiltərə) - "Qarabağ" oyununda ilk hissə başa çatıb.

Publika.az xəbər verir ki, "Tottenhem Hotspur" stadionundakı matçın 12-ci dəqiqəsində meydan sahiblərinin heyətində Brennan Conson fərqlənib.

Qeyd edək ki, London təmsilçisi meydanda 10 nəfərlə mübarizə aparır. 7-ci dəqiqədə Radu Drequşin qırmızı vərəqə ilə cəzalanıb.

xxx

23:50

UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunun "Tottenhem" (İngiltərə) - "Qarabağ" oyununda hesab açılıb.

Publika.az xəbər verir ki, "Tottenhem Hotspur" stadionunda davam edən matçın 12-ci dəqiqəsində meydan sahiblərinin heyətində Brennan Conson fərqlənib.

Qeyd edək ki, London təmsilçisi meydanda 10 nəfərlə mübarizə aparır. 7-ci dəqiqədə Radu Drequşin qırmızı vərəqə ilə cəzalanıb.

xxx

23:39

UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunun "Tottenhem" (İngiltərə) - "Qarabağ" matçı start götürüb.

Publika.az xəbər verir ki, tərəflər arasında qarşılaşma "Tottenhem Hotspur" stadionunda keçirilir.

Matçı fransalı baş hakim Villi Delajo idarə edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm