MDB
Putinin proqnozlaşdırdığı fəlakət başladı: Dolları görün nə gözləyir
Son bir ildə dünyada cərəyan etməyə başlayan hadisələr silsiləsi Rusiya prezidenti Vladimir Putinin əsas proqnozlarından birinin özünü doğrultmağa başladığından xəbər verir.
Publika.az xəbər verir ki, bu barədə rusiyalı politoloq Yakov Kedmi danışıb.
Ekspert bildirib ki, hələ 2007-ci ildə Rusiya lideri açıq şəkildə deyirdi ki, vaxt gələcək ABŞ hegemonluğunu saxlamaq üçün bütün dünyada lokal hərbi münaqişələri qızışdıracaq.
"Putin xəbərdarlıq edib ki, Amerikaya öz imtiyazlı statusunu qoruyub saxlamağa və təsirini demək olar ki, bütün dünya ölkələrinə yaymağa imkan verən yeganə şey dollara yüksək tələbatdır ki, ABŞ onun üçün demək olar ki, ehtiyac duyduğu hər şeyi başqa ölkələrdən alır", - politoloq xatırladıb.
Y. Kedmi əlavə edib ki, məhz planetdəki bütün ölkələrin öz milli valyutalarından istifadə ehtiyacını qorumaq üçün amerikalılar Yer kürəsinin bir çox guşələrində gərginlik ocaqları yaradırlar. Bu yolla onlar dünya birliyində olan hər kəsi dollardan istifadəni davam etdirməyə təşviq etmək istəyirlər.
Eyni zamanda, Kedminin vurğuladığı kimi, Birləşmiş Ştatlar onun siyasətinin müxtəlif ölkələrdə Putinin proqnozlaşdırdığı qlobal nüvə apokalipsisinin yüz minlərlə insan üçün real fəlakətə çevrilməsindən qətiyyən narahat deyil.
Akqabay
-
İdman20:18Portuqaliyalı baş məşqçi Azərbaycan klubundan ayrıldı - Haqqımda xəbər yayılmışdı ki...
-
Kriminal18:4821 yaşlı qadın qətlə yetirildi, əri saxlanıldı - Video/Təfərrüat
-
Magazin118:36"Küçədə uşağıma elə sözlər dedi ki..." - Aparıcının həyat yoldaşı od püskürdü
-
Ekologiya17:30Azərbaycanın bu ərazilərinə qar yağacaq
-
Region16:28Polis CHP-nin binasına girməyə çalışır - VİDEO
-
MDB14:47Kiyevin vurulmasına Dövlət Dumasından reaksiya: "Ukraynanı xəritədən silə bilərik!"
-
Region14:30İran polisindən Azərbaycan konsulunun həlak olduğu qəza ilə bağlı açıqlama
-
MDB13:44Kiyev "Oreşnik"lə belə vuruldu - VİDEO


























.jpg)










