Dünya
Quterreş yaxınlaşan qlobal fəlakətlə bağlı XƏBƏRDARLIQ ETDİ
"Dünya iqlim fəlakətinin astanasındadır".
Publika.az xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının ( BMT ) baş katibi Antonio Quterreş deyib.
Onun sözlərinə görə, Yer kürəsi ekstremal temperatur, irimiqyaslı yanğınlar, quraqlıq və misli görünməmiş daşqınlar dövrlərini yaşayır.
O, əlavə edib ki, bütün bunlar iqlim dəyişikliyi fonunda baş verir:
"Bunlar təbii deyil, texnogen fəlakətlərdir və getdikcə mədən yanacaqlarının istifadəsi səbəbindən baş verir. Bu problem heç bir dövlətdən yan keçməyib".
Bundan əvvəl Çikaqodakı Şimal-Qərb Universitetinin amerikalı alimləri belə nəticəyə gəliblər ki, qlobal istiləşmə ilə bağlı bəşəriyyətin çəkdiyi xərclər əvvəlki hesablamalardan altı dəfə çoxdur. Tədqiqatın müəllifləri 120 illik iqlim və iqtisadi məlumatlardan istifadə ediblər və 2100-cü ilə qədər dəyişən iqlim şəraitində xərcləri qiymətləndirmək üçün kompüter simulyasiyaları aparıblar.
Hüseyn İbadlı
-
ABŞ04:14
Daha bir ölkədə TƏYYARƏ QƏZASI: 15 nəfər...
-
Hadisə03:43
Azərbaycanda müəmmalı ölüm: mərhumun həyat yoldaşı hər şeyi danışdı - VİDEO
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb2 Yanvar 22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 22:24
Tolik MTV-dən getdi