İsrail bombaladı, Lavrov livanlı həmkarı ilə görüşdü: Bir daha bəyan etdi ki...
Bizi izləyin

Dünya

İsrail bombaladı, Lavrov livanlı həmkarı ilə görüşdü: Bir daha bəyan etdi ki...

Rusiyanın xarici işlər naziri Sergey Lavrov livanlı həmkarı Abdullah Bu Həbib ilə görüşündə Rusiyanın Livan xalqı ilə həmrəy olduğunu bəyan edib və Livan və İsrail arasında münaqişənin kəskinləşməsi nəticəsində insan tələfatı ilə bağlı başsağlığı verib.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Lavrov və Bou Habib arasında görüş Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində baş tutub.

İsrail Hərbi Hava Qüvvələrinin bombardmanının aktivləşməsi fonunda Livanda baş verən faciəvi hadisələr vurğulanaraq, Yaxın Şərqdəki hərbi-siyasi vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.

Rusiya XİN başçısı silahlı qarşıdurmanın daha da genişlənməsinin və onun regional miqyasda yayılmasının yolverilməzliyini vurğulayıb.

“Rusiyanın Livan Respublikasının suverenliyi, birliyi və ərazi bütövlüyünün müdafiəsində dəyişməz mövqeyi təsdiqlənib. Livanlıların kənar müdaxilə olmadan, milli gündəmdəki məsələlərlə bağlı tez konsensus həllər tapmasının vacibliyi vurğulanıb”, - Rusiya XİN-in bəyanatında vurğulanıb.

Nazirlər həmçinin ənənəvi Rusiya-Livan dostluq münasibətlərinin aktual mövzularını müzakirə ediblər.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm