Onun adının əbədiləşdirilməsi təklifi qalmaqal yaratdı: 10 il gözləmək lazımdır
Bizi izləyin

Dünya

Onun adının əbədiləşdirilməsi təklifi qalmaqal yaratdı: 10 il gözləmək lazımdır

Milanın şəhər şurası İtaliyanın qalmaqallı keçmiş baş naziri Silvio Berluskoninin şərəfinə şəhərin əsas hava limanının Malpensa adının dəyişdirilməsi ilə bağlı müraciət edib.

Publika.az xəbər verir ki, bu barədə "The Guardian" yazıb.

Bildirilir ki, Corciya Meloni hökumətinin nəqliyyat naziri Matteo Salvini Malpensanın adının dəyişdirilməsi təşəbbüsünü sürətləndirdikdən sonra şura işin Lombardiya vilayətinin inzibati məhkəməsinə verilməsi qərarını təsdiqləyib.

Salvini milyarder media maqnatının ötən ilin iyununda ölümündən sonra hava limanına Berluskoninin adının verilməsini tələb edirdi. Bu il isə İtaliyanın mülki aviasiya qurumu planı təsdiqləyib.

Qeyd edək ki, İtaliyada bir insanın ölümündən sonra ictimai yerə adının verilməsi üçün adətən məcburi 10 il gözləmək lazımdır.

Milan meri Cüzeppe Sala bildirib ki, Salvini bu addımı hava limanını idarə edən SEA şirkətinin və ya ərazidəki yerli şuraların iştirakı olmadan atıb.

Minlərlə insan hökuməti planı dayandırmağa çağıran petisiya imzalayıb və buna qarşı etirazlar başlayıb.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm