"Roma"lının belçikalı gözəli: O, azarkeşləri necə arxayın edib? - FOTOLAR
Bizi izləyin

İdman

"Roma"lının belçikalı gözəli: O, azarkeşləri necə arxayın edib? - FOTOLAR

Ötən mövsüm Mile Svilar gözlənilmədən Rui Patrisio kimi təcrübəli qapıçını “Roma”nın əsas heyətindən kənarlaşdırmağı bacardı.

Publika.az xəbər verir ki, Daniele de Rossinin baş məşqçi postuna gəlişi və belçikalı qapıçının yüksəlişi ilə komanda çətin vəziyyətdən çıxdııb. Eyni zamanda "canavarlar" Avropa Liqasının yarımfinalına yüksəldilər. İtaliya təmsilçisi yalnız "Bayer Leverkuzen"ə uduzaraq mübarizəni dayandırdılar.

Sviların uğuruna isə hamıdan çox sevgilisi Cun Peiers sevinirdi.

Belçikalı gözəl aprelin 15-də Antverpendə anadan olub. Onun doğulduğu il məlum deyil. Lakin bəzi faktlar onun Svilar ilə təxminən eyni yaşda olduğuna işarə edir. Bundan əlavə, onlar həmşəhərlidirlər.

Cun və Mile 2020-ci ilin oktyabr ayından birlikdədirlər. Piters Romadakı Olimpiya Stadionunun daimi qonağıdır. O, belçikalı oyunçunun ehtiyat oyunçular skamyasından əsas heyətə necə qəfil keçdiyini öz gözləri ilə görüb.

2024-cü ilin yazında Avropanın top klublarının Svilar ilə maraqlanması ilə bağlı söz-söhbətlər yayılanda Roma azarkeşlərini arxayınlaşdıran məhz Cun oldu. "Gələn mövsüm "Olimpiko"da görüşənədək!" – deyə o, "İnstaqram"da yazıb.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm