Bu gün Aleksandr Stubb Türkiyəyə gəlir - Nələr müzakirə olunacaq?
Bizi izləyin

Dünya

Bu gün Aleksandr Stubb Türkiyəyə gəlir - Nələr müzakirə olunacaq?

Finlandiya prezidenti Aleksandr Stubb Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə rəsmi səfər edəcək.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Rabitə Müdirliyindən yazılı açıqlama verilib.

Bildirilir ki, Stubbun səfəri oktyabrın 2-dək davam edəcək. Bu, Türkiyə ilə Finlandiya arasında diplomatik münasibətlərin qurulmasının 100-cü ildönümündə Stubbın prezident kimi Türkiyəyə ilk səfəridir.

Bu gün Ankarada keçiriləcək danışıqlarda Türkiyə ilə Finlandiya arasında ikitərəfli münasibətlərin bütün aspektləri nəzərdən keçiriləcək və əməkdaşlığın yaxşılaşdırılması üçün atılacaq addımlar müzakirə olunacaq.

Həmçinin aktual regional və qlobal problemlər, xüsusilə Qəzza və işğal olunmuş Fələstin ərazilərindəki vəziyyət və Türkiyə-Avropa İttifaqı münasibətləri ətrafında fikir mübadiləsinin aparılması da nəzərdə tutulub.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm