"Husilər" İsrailə hücum etdi
Bizi izləyin

Yaxın Şərq

"Husilər" İsrailə hücum etdi

Yəmənin “Ənsar Allah” hərəkatının (husilər) nümayəndələri Təl-Əviv və Eylatdakı hərbi hədəflərə pilotsuz təyyarələrlə zərbələr endiriblər.

Publika.az bu barədə TASS-a istinadən xəbər verir.

Hərəkatın hərbi nümayəndəsi Yəhya Sariya İsrailin iki şəhərinə zərbə endirildiyini bildirib.

"Husi" sözçüsünün dediyinə görə, onların yaratdığı hava qüvvələri pilotsuz uçuş aparatlarından istifadə edərək Təl-Əvivdə İsrailin hərbi hədəfini vurub.

Bundan əlavə, dörd pilotsuz təyyarə Eylatdakı hərbi obyektlərə zərbə endirib.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm