Zaxarovadan Blinkenə hücum: Əclaf!
Bizi izləyin

Dünya

Zaxarovadan Blinkenə hücum: Əclaf!

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova 1941-1945-ci illər Böyük Vətən müharibəsi zamanı Babi Yar faciəsi ilə bağlı verdiyi açıqlamaya görə ABŞ-ın dövlət katibi Entoni Blinkenin ünvanına ağır ifadələr işlədib, onu əclaf adlandırıb.

Publika.az xəbər verir ki, bu barədə diplomat "Telegram"da yazıb.

"Bunu ancaq əclaf deyə bilərdi, çünki Rusiya Babi Yar qurbanlarının qatillərinin cinayətlərini davam etdirənləri denatalizasiya edir", - Zaxarova qeyd edib.

Zaxarova əlavə edib ki, Babi Yarda edam edilənlərin ümumi sayı heç vaxt müəyyən edilməyib və qurbanlar arasında həm yəhudilər, həm qaraçılar, həm də sovet hərbi əsirləri var.

Qeyd edək ki, bundan əvvəl ABŞ dövlət katibi öz "X" hesabında yazmışdı ki, Kiyev rejiminə nasist adı vermək olmaz, çünki Ukrayna ərazisində Babi Yar faciəsi baş verib.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm