Rusiya hava limanları vurulsun! - Borrell Qərbə çağırış etdi
Bizi izləyin

Dünya

Rusiya hava limanları vurulsun! - Borrell Qərbə çağırış etdi

Aİ-nin Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi Josep Borrell Aİ ölkələrini Ukraynanın Rusiyadakı hava limanlarına hücum etmək və obyektləri vurması üçün Qərb silahlarından istifadə etməyə icazə verməyə çağırıb.

Publika.az xəbər verir ki, o, bu barədə həftəlik bloqunda yazıb.

“Bir daha vurğulayacağam ki, Ukraynaya Rusiya hava limanlarını və obyektləri Qərb silahları ilə vurmağa icazə verilməlidir, Ukrayna təkcə oxları deyil, oxatanları da vursun!” - Borrell qeyd edib.

O, Aİ ölkələrinin heç də hamısının bu təkliflə razılaşmadığını etiraf edib. Sonra əlavə edib ki, biz söz vermişik, Ukraynaya nə qədər vaxt lazımdırsa, onu dəstəkləyəcəyik və bu qış enerji cəbhəsi əsas olacaq.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm