Dünya
Bəy öz toyunda da noutbukda işlədi - SƏRT TƏNQİD OLUNDU
Sosial şəbəkə istifadəçiləri öz toyu zamanı noutbukda işləyən bəyi sərt tənqid ediblər.
Publika.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Bildirilib ki, bəy Keysi Makkrellin toyu zamanı noutbukda işlədiyi fotosu internetdə yayıldıqdan sonra müzakirələrə tuş gəlib. Fotonun müəllifi həmin şəxsin həmkarı Torrey Leonard olub.
"Keysi hətta tətillərdə belə məşğul olan "noutbuk adamı" kimi şöhrət qazandı", - Leonard deyib.
Şərhlərdə bir çox istifadəçi K.Makkrellin hərəkətindən çaşqınlıq yaşadığını və qəzəbləndiyini bildirib.
İzləyicilər deyiblər ki, bəy belə bir gün üçün bütün işlərini kənara qoya bilərdi.
"Bu, öz bayramınıza hörmətsizlikdir", - istifadəçilərdən biri yazıb.
Keysi özü hərəkətini şirkətin məhsullarından birinin təcili bazara çıxarılması ilə izah edib.
Hüseyn İbadlı
-
Yaxın Şərq10:48Əraqçidən hədə dolu bəyanat: İsraillə əlbir olanlar məsuliyyət daşıyacaqlar
-
Rəsmi xronika10:27Prezident bu nazirliyə yeni müavin təyin edildi - FOTO
-
Kriminal09:36“Referans” klinikasının direktoru arvadını niyə güllələyib?
-
Dünya08:49Trampla Si Cinpinin salamlaşması gündəm oldu - Video
-
Sağlamlıq08:24Hande Harmancı hantavirusun Azərbaycanda yayılma riskindən danışdı - Video
-
Dünya07:55"Epşteyn adası"nda gərginlik: Ərazinin yeni sahibi və çağırılmamış qonaqlar
-
Magazin203:43“Eşref Rüya”dan izləyicilərə sürpriz: "İhtiyar" gəldi - Foto
-
ABŞ03:19Vens ABŞ-ın “qırmızı xətt”indən danışdı
































.jpg)


