Telefonu aeroportda qalan "qadın prezident"in tələbi: Təyyarə geri dönsün!
Bizi izləyin

Dünya

Telefonu aeroportda qalan "qadın prezident"in tələbi: Təyyarə geri dönsün!

San Dieqo - Las Veqas reysi ilə uçan təyyarədə maraqlı anlar yaşanıb.

Publika.az "The Independent"ə istinadən xəbər verir ki, "Frontier Airlines" təyyarəsinin bir qadın sərnişini qışqıra-qışqıra ABŞ-ın "prezidenti" və hökumətin "suveren hökmdarı" olduğunu deyərək, təyyarənin San Dieqo Beynəlxalq Hava Limanına qaytarılmasını tələb edib.

San Dieqodan Las Veqasa gedən, stüardessa və digər sərnişinlərə qışqıran və "geridönüş" tələb edən qadının hərəkətləri "TikTok"da yayımlanan viral videoda əks olunub.

400.000-dən çox baxış toplayan videonu çəkən şəxs qadının bu hərəkətlərinin səbəbini də açıqlayıb. Məlum olub ki, qadın yola düşərkən mobil telefonunu hava limanında unudub, ona görə də təyyarənin geri qayıtmasını tələb edib.

Qeyd olunur ki, həmin sərnişin ədəbsiz sözlər səsləndirməklə, aviaşirkəti “cinayətkar fəaliyyətdə” ittiham edib.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm