Rusiyanın hücumu labüddür: Almaniya qorxu içində
Bizi izləyin

Dünya

Rusiyanın hücumu labüddür: Almaniya qorxu içində

Avropanın mərkəzində yerləşdiyinə görə, münaqişə yaranacağı təqdirdə, Almaniya istənilən halda Rusiya üçün hücum hədəfi olacaq.

Publika.az "Der Spiegel"ə istinadən xəbər verir ki, bunu müdafiə üzrə alman eksperti Klaudiya Mayor deyib.

Ekspert hesab edir ki, Almaniya ərazisində 2026-cı ildə planlaşdırılan Amerika qanadlı, ballistik və hipersəs raketlərinin yerləşdirilməsi Rusiya ilə münaqişənin kəskinləşməsinə gətirib çıxaracaq.

“Risk Rusiyanın niyyətləri və imkanlarına görə mövcuddur. Almaniya NATO-nun Avropadakı logistika mərkəzidir. Əgər söhbət Rusiyanın Baltikyanı və ya Polşaya hücumu zamanı müdafiəsindən gedirsə, qoşunlar və təchizat Almaniyadan keçəcək. Beləliklə, Almaniya istənilən halda Rusiya üçün hücum hədəfi olacaq”, - deyə o bildirib.

Mayor vurğulayıb ki, Amerika raketlərinin yerləşdirilməsi “bu baxımdan heç nəyi kökündən dəyişməyəcək”, lakin avropalılar əlavə çəkindirici vasitə əldə edirlər. Onun sözlərinə görə, çəkindirmə ideyası düşmənə hücumun buna dəyməyəcəyini aydınlaşdırmaqdır, çünki xərclər gözlənilən faydadan daha yüksək olacaq. O qeyd edib ki, bu halda Moskva öz ərazisinin dərinliklərindəki hərbi hədəflərə sürətli zərbələr endirmək təhlükəsini nəzərə alaraq hücumlardan imtina edə bilər.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm