ABŞ-ın 100 yaşlı keçmiş prezidenti ona səs verdi
Bizi izləyin

ABŞ

ABŞ-ın 100 yaşlı keçmiş prezidenti ona səs verdi

ABŞ-ın 39-cu prezidenti Cimmi Karter Demokratlar Partiyasından ölkə prezidentliyinə namizəd Kamala Harrisə vaxtından əvvəl səs verib.

Publika.az xəbər verir ki, bu barədə “The New York Times” yazıb.

ABŞ-da seçki noyabrın 5-nə təyin edilib, lakin amerikalılar əvvəlcədən ya şəxsən, ya da poçtla səs verə bilərlər.

Bəzi ştatlarda seçicilərin səsvermə gününə ay yarım qalmış bülleten tələb etmək hüququ var.

Keçmiş prezidentin nəvəsi Ceyson Karter 100 yaşlı babasının Harrisə səs vermək üçün "son dərəcə həyəcanlı" olduğunu söyləyib.

O qeyd edib ki, babasının bülleteni yerli məhkəmə binasında qutuya qoyulub.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm