Çinin hədəfinə çatacağı ilə bağlı şübhələr artır
Bizi izləyin

Dünya

Çinin hədəfinə çatacağı ilə bağlı şübhələr artır

Çin iqtisadiyyatı üçüncü rübdə 4,6 faiz artıb. İlk üç rübdə artım illik 4,8 faizə çatsa da, hökumətin bu il üçün nəzərdə tutduğu təxminən 5 faiz artım hədəfinə nail olub-olmayacağı ilə bağlı şübhələr artır.

Publika.az xəbər verir ki, Çində ümumi daxili məhsul (ÜDM) 2024-cü ilin yanvar-sentyabr dövründə 94,97 trilyon yuana (13,34 trilyon dollar) çatıb.

Çin iqtisadiyyatında birinci rübdə 5,3 faiz, ikinci rübdə isə 4,7 faiz artım qeydə alınıb. Sentyabr ayı iqtisadi göstəriciləri avqust ayına nisbətən istehsal və istehlakda canlanmaya işarə etsə də, daşınmaz əmlak investisiyalarında davam edən azalmanın iqtisadi artımına mənfi təsiri davam edir.

İllik dövriyyəsi 20 milyon yuandan (təxminən 2,74 milyon dollar) çox olan sənaye istehsalı sentyabr ayında illik 5,4 faiz artaraq avqustdakı 4,5 faiz artımı üstələyib.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm