“Kim milyonçu olmaq istəyir” verilişindən Qəzza qərarı
Bizi izləyin

Dünya

“Kim milyonçu olmaq istəyir” verilişindən Qəzza qərarı

Türkiyədə yayımlanan “Kim milyonçu olmaq istəyir” verilişinə qatılan iştirakçı Qəzza ilə bağlı duyğusal qərar verib.

Publika.az xəbər verir ki, 31 yaşlı iştirakçı Rəhimə Danışmaz proqramın əvvəlində Qəzza ilə bağlı açıqlamalar verib.

O, “Buradan bir az pul qazana bilsəm, Qəzzadakı bacı-qardaşlarımıza və ehtiyacı olan hər kəsə bağışlamaq istəyirəm” deyib.

Qeyd edək ki, iştirakçı 200 min lirə (təxminən 10 min manat) dəyərində sualdan geri çəkilərək 100 min lirə (təxminən 5 min manat) mükafat qazanıb.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm