“Real” Kroosun əvəzləyicisini görün harada tapdı
Bizi izləyin

İdman

“Real” Kroosun əvəzləyicisini görün harada tapdı

“Real” “Nyukasl”ın 24 yaşlı mərkəz yarımmüdafiəçisi Sandro Tonali ilə maraqlanır.

Publika.az xəbər verir ki, bu barədə “Milan Live” məlumat yayıb.

Mənbənin məlumatına görə, “Los Blankos” italyan futbolçunu komandanın ötən yay karyerasını başa vuran keçmiş yarımmüdafiəçisi Toni Kroosun əvəzedicisi kimi görür. “Kral klubu” 50 milyon avro təklif etsə, “sağsağanlar” Tonalini satmağa razı ola bilər.

Bu mövsüm Tonali effektiv olmadığı bütün turnirlərdə altı matçda iştirak edib. Futbolçunun klubla əmək müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 38 milyon avrodur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm