Çalhanoğluna qeyri-adi cəza verilə bilər: Görün kimlərlə görüşüb
Bizi izləyin

İdman

Çalhanoğluna qeyri-adi cəza verilə bilər: Görün kimlərlə görüşüb

“İnter”in türkiyəli yarımmüdafiəçisi Hakan Çalhanoğlu komandanın ultras azarkeş qrupu ilə görüşdüyü üçün diskvalifikasiya oluna bilər.

Publika.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.

Hakan, “San Siro”da bilet satışından pul tələb etməkdə və digər cinayətlərdə ittiham olunan “Milan” və “İnter” ultras (Curva Nord və Curva Sud) rəhbərlərinin həbsi ilə bağlı ifadə verib. Çalhanoğlu etiraf edib ki, o, “İnter”in ultras qrupunun rəhbərləri ilə əlaqə saxlayıb, baxmayaraq ki, klub bu tip görüşlərdən çəkinməyi tövsiyə edir. Nə futbolçu, nə də onun komanda yoldaşları istintaq altındadır.

Nəticədə, Hakan, İdman Ədaləti Məcəlləsinin 25-ci maddəsini və xüsusən də oyunçuların qrupların nümayəndələri ilə münasibət qurmağı qadağan edən 10-cu bəndini pozduğu aşkar edilərsə, bir və ya bir neçə matç cəza ala bilər. Bu qaydanın pozulmasına görə 20 min avro cərimə də nəzərdə tutulur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm