Səudiyyə Ərəbistanında meqapolis tikintisi dünyanı heyrətləndirib: Görün səhrada nə edirlər
Bizi izləyin

Dünya

Səudiyyə Ərəbistanında meqapolis tikintisi dünyanı heyrətləndirib: Görün səhrada nə edirlər

Səudiyyə Ərəbistanında “The Line” meqapolisinin tikintisinə başlanılması ilə səhranın ortasında nəhəng tikinti sahəsinin yaranması hər kəsi heyrətə gətirib.

Publika.az xəbər verir ki, ən azı 270 km uzunluğunda olacaq şəhərin eni 200 metr olacaq. Birinci mərhələdə 2,4 km uzunluğunda olan hissənin 2030-cu ilə qədər istismara verilməsi planlaşdırılır. O, bütün daxili prosesləri idarə edəcək ən son ağıllı texnologiyalardan istifadə edəcək: su sərfiyyatı və elektrik enerjisinin istehsalından tutmuş tullantıların toplanması və utilizasiyasına qədər.

“Tehkult”un verdiyi xəbərə görə, xüsusilə layihənin ehtiyaclarını ödəmək üçün Səudiyyə Ərəbistanında gündəlik 20.000 kubmetrə qədər hazır məhlul istehsal edə bilən yeni beton istehsalı zavodu işə salınıb. Tikintidə ən azı 100.000 işçi çalışır ki, onlar hazırda nəhəng bir ərazini təmizləmək üçün çalışırlar. Svayların quraşdırılması işləri də sürətlə gedir: planlaşdırılmış 30 min dayaqdan indiyədək 1000-i quraşdırılıb.

Səudiyyə Qlobal Logistika Forumunda çıxış edən Neom İnvestisiya Direktoru Manar Al Monef bildirib ki, layihə artıq dünya polad istehsalının 20%-dən istifadə edir və növbəti bir neçə onillikdə tikinti məhsullarının ən böyük qlobal istehlakçılarından biri olaraq qalacaq. Başlanmış “The Line”in tikintisi Səudiyyə Ərəbistanı iqtisadiyyatının neft biznesindən turizmə istiqamətləndirilməsi proqramının mühüm hissəsidir.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm