Avropa
Orbanın Trampla bağlı planı: Qərb liderləri qıcıqlanacaq
Macarıstanın baş naziri Viktor Orbanın ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Trampı Avropa İttifaqının (Aİ) sammitinə dəvət etmək planı birlik liderlərini qıcıqlandıracaq.
Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” avropalı diplomatlara istinadən yazıb.
“Orban, Trampdan gələn həftə Budapeştdə keçiriləcək sammitə video bağlantı vasitəsilə qoşulmağı və ya əvvəlcədən yazılmış video mesajı paylaşmağı xahiş edə bilər”, - məlumatda deyilir.
Daha əvvəl Orban Trampla telefon danışığı apardığını və ona prezident seçkilərində qələbə arzuladığını bildirib.
Macarıstanın baş naziri həmçinin bildirib ki, Avropa ölkələri onun Ukrayna ilə bağlı təşəbbüsünü dəstəkləməkdən imtina ediblər, bu səbəbdən Budapeşt Pekinlə birlikdə BMT-də “sülh dostları” qrupu təşkil edib. Siyasətçi qeyd edib ki, Avropanın Ukrayna münaqişəsinə son qoymaq planını nəzərdən keçirməkdən imtina etməsi “kədərli hekayədir”.
Tural
-
Dünya06:46Zelenskinin Tramp və İranla bağlı yeni planı üzə çıxdı
-
ABŞ04:30ABŞ Hörmüz boğazını ələ keçirə bilər
-
Ekopublika.az03:19Neft yenidən ucuzlaşmağa başladı
-
Region02:18Pezeşkian Ərdoğanla danışdı: Buna hazırıq
-
Qoroskop01:40Günün ulduz falı: səbr ən güclü silahınız olacaq
-
Region9 Mart 22:20Hazırkı müharibənin fəsadları dünyanın hər yerində hiss olunacaq - Ərdoğan
-
Magazin19 Mart 21:37"Avroviziya" mahnımız təqdim olundu - Video
-
Region9 Mart 20:30Hələ də təxribatçı addımlar atılır - Ərdoğandan İrana çağırış



































