"TikTok" bu ölkədə qadağan edildi
Bizi izləyin

Dünya

"TikTok" bu ölkədə qadağan edildi

Kanada federal hökuməti milli təhlükəsizliklə əlaqədar “TikTok”un ölkədəki fəaliyyətini dayandırmasını istəyib.

Publika.az xəbər verir ki, bu barədə Kanadanın innovasiya, elm və iqtisadi inkişaf naziri Fransua Filip Şampan bildirib.

Onun sözlərinə görə, Toronto və Vankuverdəki “TikTok” ofislərinin bağlanması qərarı milli təhlükəsizlik araşdırması zamanı əldə edilən məlumat və sübutlara əsaslanır:

“ “TikTok”-un Kanadadakı fəaliyyətinin milli təhlükəsizliyə zərər verə biləcəyi qənaətinə gəldik. Hökumətin təhlükəsizlik tədbirlərinin ictimaiyyət tərəfindən anlaşılacağına ümid edirik”.

Şampan açıqlamasında “TikTok”-dan istifadənin şəxsi seçim olduğunu vurğulayaraq, kanadalıları proqramdan şüurlu şəkildə istifadə etməyə, valideynləri potensial risklərdən xəbərdar olmağa çağırıb.

Tənqidçilər tətbiqin Çin hökumətinə məlumat verə biləcəyindən narahatdırlar. Kanada Təhlükəsizlik Kəşfiyyat Xidməti (CSIS) də kanadalılara proqramdan uzaq durmaq barədə xəbərdarlıq edib.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm