Kriminal
Türkiyədən Azərbaycana qayıtdı, bir həftə sonra öldürüldü - Qisas cinayəti
Bu ilin 3 iyun tarixində Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu Unus kəndində 50 yaşlı İbrahim Tağısoyu qətlə yetirən 1976-cı il təvəllüdlü Rəsulov Bəxtiyar Sərdar oğluna hökm oxunub.
Publika.az-ın əldə etdiyi məlumata görə, Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə B. Rəsulova 17 il azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Məlum olub ki, qətl qisas zəminində baş verib. Belə ki, 1995-ci ildə İ. Tağısoy B. Rəsulovun dayısını dükanda qətlə yetirib və buna görə həbs olunub. O, 2000-ci ildə azadlığa çıxıb və qətlə yetirdiyi şəxsin bacısı oğlu İbrahimə bir də kəndə qayıtmamağı, onu kənddə görmək istəmədiklərini, yoxsa öldürəcəyini deyib. 24 il əvvəl İ. Tağısoy kəndi tərk edərək Türkiyəyə köçüb. Bu ilin 6 iyun tarixində isə o, qardaşı oğlunun toyu və övladının ad günü münasibəti ilə Türkiyədən qayıdıb və Ordubadın Vənənd kəndindəki evə gedib. 1 həftə sonra isə o, doğulduğu Unus kəndinə gedərək atasını ziyarət edib. İbrahimin kənddə olduğunu öyrənən Bəxtiyar onu qətlə yetirmək üçün atasının evinə gedib və küçədə maşına minərkən kənara çağırıb. İbrahimə yaxınlaşan Bəxtiyar qəfil bıçaq zərbələri ilə İbrahimi ailə üzvlərinin yanında öldürüb.
Hadisədən sonra İbrahim Tağısoyun həyat yoldaşı və övladında xəstəlik yaranıb.
Onlar Bəxtiyar Rəsulovu bağışlamadıqlarını bildiriblər.
Turqut Seyidov
-
Region01:11Fulya Öztürk Leyla Əliyeva ilə bir arada - VİDEO
-
Magazin200:30Türk aparıcı 11 saat qaranlıq qutuda qaldı
-
Magazin214 Noyabr 22:48Emma kameralar qarşısında yıxıldı - FOTO
-
Art14 Noyabr 22:00Qızından sabiq nazirlə bağlı paylaşım - FOTO
-
İdman14 Noyabr 21:24Sambo üzrə idman ustası başından güllələndi
-
İdman14 Noyabr 21:12Futbol matçında dava: Vitse-prezident rəqiblə əlbəyaxa oldu
-
Sosial14 Noyabr 21:00Ramiz Mehdiyevin qızının vəkili həbs edildi
-
İdman14 Noyabr 20:36Dünya çempionu prezidentliyə namizəd oldu
























.png)














