Maraq dünyası
1938-ci ildə mobil telefonla danışan qadının kimliyi üzə çıxdı - Şok iddia
1938-ci ilə aid kadrlarda bir qadının “mobil telefon”dan istifadə etməsi yenidən müzakirələrə səbəb olub.
Publika.az "İndependent"ə istinadən xəbər verir ki, sosial şəbəkə istifadəçiləri 1938-ci ildə bir qadının mobil telefonla danışdığı anı əks etdirən fotoya diqqət çəkiblər.
Fotoda cihazı əlində tutan və gülümsəyən qadın görünür. Bu da izləyicilər arasında mümkün zaman səyahəti haqqında fərziyyələrə səbəb olub.
Fotonu şərh edənlərdən biri həmin qadının onun ulu nənəsi Gertrud Cons olduğunu iddia edib. O, qadının digər həmkarları ilə birlikdə 1938-ci ildə Massaçusetsdə Dupont şirkəti tərəfindən hazırlanmış eksperimental simsiz telefonları sınaqdan keçirmək üçün dəvət edildiyini bildirib. "Gertrud simsiz telefonu olan bir alimlə danışır", - deyə həmin şəxs qeyd edib.
İnternet istifadəçiləri xatırladıblar ki, bəhs edilən görüntü daha öncə dəfələrlə gündəmə gəlsə də, səlahiyyətli qurumlar məsələ ilə bağlı heç bir açıqlama verməyiblər.
Ləman
-
ABŞ19:00Ağ Evin yaxınlığında atışma - Yaralılar var
-
Rəsmi xronika16:41İlham Əliyev Maya Sandu ilə görüşdü - FOTO
-
Nida Xəbər 15:53Teymur Musayevə yeni vəzifə verildi
-
Rəsmi xronika15:13İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşdü
-
MDB14:08Korrupsiya qalmaqalı böyüyür: Pəncərədən 8 çamadan dolları küçəyə atan kimdir? - VİDEO
-
Sosial13:58Dublində "Avropa Siyasi Birliyi"nin sammiti BAŞLAYIR
-
İqtisadi gündəm12:18Bakıda 8 bina sökülür, sakinlərə nə qədər kompensasiya ödəniləcək? - VİDEO
-
Nida Xəbər 11:27General qızından şikayətçi olanın kimliyi bilindi





































