ABŞ
Trampın yeni kabinetində görün kimlər yer alacaq - Sürpriz isimlər
ABŞ-da keçirilən prezident seçkilərində Donald Tramp qalib gəldikdən sonra yeni prezidentin formalaşdıracağı kabinetdə ola biləcək mümkün adlarla bağlı müzakirələr başlayıb.
Publika.az xəbər verir ki, 2025-ci il yanvarın 20-də and içəcək Trampın formalaşdıracağı ən çox gözlənilən kabinet üzvləri xarici işlər naziri, müdafiə naziri, maliyyə naziri, ədliyyə naziri və milli təhlükəsizlik müşaviridir.
ABŞ-ın yeni prezidenti Trampın təyinatını gözləyən 4 mindən çox vəzifədən təxminən 1200-ü Senatın təsdiqinə tabedir.
Yeni xarici işlər naziri üçün namizədlər
Amerika mətbuatına görə, yeni kabinetdə eyni vəzifə üçün daha əvvəl Trampın xarici işlər naziri vəzifəsini icra edən Mayk Pompeonun adı çəkilir. Trampa yaxınlığı ilə tanınan Pompeo 2017-2018-ci illərdə Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru vəzifəsində də çalışıb.
Uzun illər Florida senatoru kimi respublikaçılar arasında güclü yer qazanan və Trampla yaxın münasibətdə olan Marko Rubionun adı da bu post üçün hallanır.
Bu adlara əlavə olaraq Arkanzas senatoru və Senatın Xarici Əlaqələr Komitəsinin üzvü Tom Kotton, Tramp dövründə Milli Təhlükəsizlik Müşaviri vəzifəsində çalışan Robert O Brayen, Tramp dövründə ABŞ-ın Berlindəki səfiri vəzifəsində çalışmış Rik Qrenell və Tennessi senatoru Bill Haqerti də qeyd edilir.
Müdaifə naziri postuna namizədlər
Amerika mətbuatının yazdığına görə, yeni müdafiə naziri vəzifəsinə də namizədlər kimi Mayk Pompeo və Tom Kotton göstərilir.
Bu adlarla yanaşı, Florida Nümayəndələr Palatasının üzvü, əvvəllər Əfqanıstanda xidmət etmiş keçmiş hərbçi Mayk Uolsun adı da müdafiə nazirliyinə namizədlər siyahısındadır.
Maliyyə Nazirliyinə namizədlər
Məşhur investor və Trampın keçid prosesini idarə etmək üçün seçdiyi iki isimdən biri olan Hovard Lutnikin adı maliyyə naziri postu üçün hallanır. Trampa yaxınlığı ilə tanınan Lutnik seçki dövründə etdiyi külli miqdarda ianə ilə diqqət çəkib.
İlk dövründə Trampın kabinetində 4 il Ticarət Nümayəndəsi vəzifəsində çalışan Robert Laytzer də bu vəzifə üçün adı keçənlər arasındadır.
Həmçinin Trampın ilk dövründə Kapital Bazarları Şurasına sədrlik edən Cey Kleyton, Trampın ilk dövründə Milli İqtisadiyyat Şurasında da rol oynayan Larri Kudlou və milyarder investor Con Paulson kimi adların da bu siyahıda olduğu bildirilir.
Özəl katib namizədləri
İddialara görə, daha əvvəl Nümayəndələr Palatasının sədri vəzifəsini icra edən respublikaçıların mühüm simalarından biri olan Kevin Makkartinin Trampın yeni özəl katib rəhbəri ola biləcəyi bildirilir.
Digər tərəfdən, bu vəzifə üçün Trampın seçki kampaniyası menecerlərindən olan Susie Vayls və Trampın Ağ Evdəki keçmiş məsləhətçilərindən Bruk Rollinsin də adlarının çəkildiyi qeyd edilir.
Digər kabinet üzvü namizədləri
Seçki kampaniyası dövründə Trampın xeyrinə yarışdan geri çəkilən Robert Kennedinin də yeni kabinetdə çalışacağı əsas ehtimal kimi qiymətləndirilir. Mediada yayılan xəbərlərdə Kennedinin yeni kabinetdə səhiyyə naziri və ya məsləhətçi vəzifəsinə təyin oluna biləcəyi proqnozlaşdırılır.
Yuta senatoru Mayk Linin yeni kabinetdə ədliyyə naziri ola biləcəyi qeyd edilir. Hətta Trampın 2020-ci il seçkilərindən sonra üzləşdiyi məhkəmə proseslərində keçmiş federal prokuror Linin Trampa gizlin şəkildə kömək etdiyi ortaya çıxıb.
İlkin seçki prosesində Trampla mübarizə aparan, lakin bir müddət sonra onun lehinə geri çəkilən Vivek Ramasvaminin adı Daxili Təhlükəsizlik Nazirliyi üçün keçir.
Bildirilir ki, Şimali Dakota qubernatoru Duq Burqum enerji və ya daxili işlər naziri vəzifələrindən birinə təyin oluna bilər.
Kampaniya zamanı Trampa güclü dəstək verən amerikalı milyarder İlon Maskın da kabinetdə müşavir vəzifəsində çalışacağı gözlənilir.
Roza Şəfiyeva
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO