Dünya
Putinlə Şoltsun söhbətinə hazırlıq gedir? - Kreml cavablandırdı
Kremlə Almaniya hakimiyyətindən kansler Olaf Şoltsun Rusiya prezidenti Vladimir Putinlə söhbət etmək niyyəti ilə bağlı heç bir siqnal daxil olmayıb.
Publika.az xəbər verir ki, bunu Putinin mətbuat katibi Dmitri Peskov brifinqdə Şoltsun Rusiya lideri ilə dialoqun vaxtının tezliklə çatacağı ilə bağlı sözlərini şərh edərkən deyib.
“Bu yaxınlarda Valday Forumunda prezident təmaslara və danışıqlara açıq olduğunu bir daha təkrarladı. Şoltsla söhbətə heç bir hazırlıq görülmür, heç bir siqnal almamışıq. Valdayda Putin deyib ki, Şolts və Fransa prezidenti Emmanuel Makron özləri əlaqəni kəsiblər”, - Peskov bildirib.
Şolts noyabrın 10-da deyib ki, Putinlə danışmaq üçün “doğru zaman” tezliklə gələcək. O əlavə edib ki, belə bir söhbətdən əvvəl onun uzun müddətdir iştirak etdiyi çoxsaylı təmaslar olmalıdır.
Adəm Abbaslı
-
Ekologiya02:44Son 25 ilin ən güclü maqnit qasırğası qeydə alındı
-
Qoroskop01:40Həyatınızdakı "bağlı qapı"lar açılmağa hazırlaşır
-
Hadisə19 Yanvar 23:29Azərbaycanda zəlzələ oldu
-
Dəb19 Yanvar 21:52Moda əfsanəsi Valentino vəfat etdi
-
Magazin219 Yanvar 20:48"Evimə cin qəbiləsi göndərdilər" - Müğənni açıqlamaları ilə gündəmi alt-üst etdi
-
ABŞ19 Yanvar 19:00Tramp Lukaşenkoya görün nə təklif etdi
-
Ekologiya19 Yanvar 17:42Əhaliyə xəbərdarlıq edildi: Sabah Azərbaycanda...
-
Region19 Yanvar 16:54Ermənistanda "Tramp marşrutu" ilə bağlı qalmaqal: Oskanyanın cavabı verildi















.jpg)


.jpg)








.jpg)









