Dünya
Haitidə qarşıdurma: 28 dəstə üzvü öldürüldü
Haitidə polislə toqquşmada 28 dəstə üzvü öldürülüb. Sosial şəbəkələrdə silahlı dəstələrin yenidən hücuma keçmək üçün geniş hazırlıq gördüyü bildirilir.
Publika.az xəbər verir ki, paytaxt Port-o-Prensin Nazon, Lalue, Çirst Roi və Bois Verna bölgələrində nəzarəti ələ keçirmək istəyən polislə dəstə üzvləri arasında qarşıdurma baş verib.
Saatlarla davam edən qarşıdurmada 28 dəstə üzvü həyatını itirib. Milli Polis sözçüsü Lionel Lazarre mətbuata verdiyi açıqlamada dəstə üzvlərinin bəzi əraziləri nəzarət altına almağa çalışdığını, lakin təhlükəsizlik qüvvələrinin buna imkan vermədiyini açıqlayıb.
Məktəblər, iş yerləri və ictimai binalar qarşıdurma səbəbindən boş qalıb, insanlar qorxudan evlərini tərk edə bilməyiblər.
Sosial şəbəkələrdəki bəzi paylaşımlarda silahlı dəstələrin yenidən hücuma keçmək üçün geniş hazırlıq gördüyü bildirilir.
BMT-nin Karib Ölkələri üzrə İnteqrasiya Ofisinin (BINUH) məlumatına görə, təkcə ötən iyul-sentyabr ayları arasında Haitidə zorakılıq və dəstələrə qarşı döyüşlər nəticəsində ən azı 1223 nəfər həyatını itirib, 522 nəfər isə yaralanıb.
Roza
-
Magazin120:24Lətifə bu kanalda aparıcılıq edəcək
-
Magazin120:00Pünhan Piriyev ÖLÜMLƏ HƏDƏLƏNİR - Nazirə müraciət etdi
-
Magazin119:36“O, dünyanın ən gözəl qadınıdır” - FOTO
-
Hadisə18:12Maşından son anda qaçmasaydı, faciə yaşanacaqdı - ANBAAN VİDEO
-
İqtisadi gündəm17:00Keçmiş prorektor Türkanda 3 milyon manatlıq şirkət yaratdı
-
Nida Xəbər 16:03Çeçenistanın lideri: Azərbaycan xalqını Qarabağ məsələsinin həlli münasibətilə təbrik edirəm
-
Nida Xəbər 15:50Kadırov Bakı-Qroznı reysinin qəzasında həlak olanlarla bağlı İlham Əliyevə başsağlığı verdi
-
Enerji15:39Dizel yanacağı ucuzlaşacaq






















.jpg)






.jpg)

