SEPAH komandanından müharibə xəbərdarlığı - “Dünyanın istənilən nöqtəsinə yayıla bilər”
Bizi izləyin

Region

SEPAH komandanından müharibə xəbərdarlığı - “Dünyanın istənilən nöqtəsinə yayıla bilər”

SEPAH komandanından müharibə xəbərdarlığı - “Dünyanın istənilən nöqtəsinə yayıla bilər”

Növbəti hərbi əməliyyatlar yalnız regional xarakter daşımayacaq, onlar dünyanın istənilən nöqtəsinə yayıla bilər.

Publika.az “Fars” agentliyinə istinadla xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı Əhməd Vahidi bəyan edib.

“General-mayor Əhməd Vahidi xəbərdarlıq edib ki, gələcəkdə baş verə biləcək hər hansı münaqişə mütləq regionun sərhədləri daxilində qalmayacaq. Döyüş əməliyyatları zəruri hesab edilən istənilən əraziyə yayıla bilər”, - agentlik yazıb.

SEPAH rəhbərinin sözlərinə görə, İran vəziyyətə tam nəzarət edir və əvvəlkindən daha güclüdür. O, həmçinin hesab edir ki, ABŞ-ın regiondakı mövcudluğu digər ölkələrin maraqları ilə deyil, “tamahkarlıqla” şərtlənir.

Noyabrın 20-də ABŞ və İsrailin yaxın vaxtlarda İrana yeni hücum ehtimalını nəzərdən keçirdiyi məlum olub. CBS telekanalının məlumatına görə, İsrail İranın raket potensialını sürətlə bərpa etməsindən narahatdır.

ABŞ və İran arasında aylarla davam edən dolayı danışıqlar atəşkəs və Hörmüz boğazının açılması barədə razılaşma ilə nəticələnməyib. İran ABŞ hərbi-dəniz blokadasını aradan qaldırmayana və altı əsas şərti yerinə yetirməyənə qədər nüvə proqramını müzakirə etməkdən imtina edib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm