Dünya
ABŞ sanksiya tətbiq etdi, Venesuela belə reaksiya verdi
Venesuela hökuməti ABŞ-ın elan etdiyi yeni sanksiyaları tənqid edib.
Publika.az xəbər verir ki, hökümət bu barədə öz internet səhifəsində açıqlama yayıb.
Açıqlamada ABŞ-ın hakim partiyaya yaxın yüksək səviyyəli şəxslərə qarşı sanksiyaları pislənib. Həmçinin ABŞ-ın təktərəfli zülmkar qərarlarına boyun əyilməyəcəyi vurğulanıb:
"Bu, eqoist, səhv və çarəsiz bir hökumətin hərəkətidir. Biz bunu seçkilərdəki uğursuzluğu və sosial böhranı ölkə daxilində gizlətmək cəhdi olaraq görürük. ABŞ hökuməti bu sanksiyalarla öz ölkəsindəki daxili problemləri ört-basdır etməyə çalışır”.
Venesuela hökuməti ABŞ-ın bu sanksiyalarla ictimaiyyətdən dəstək tapa bilməyən bir qrupa dəstək verməyi hədəflədiyini iddia edib:
“Bu siyasətlər, Venesuelada demokratiyanı təşviq etməkdən daha çox, uğursuz rejim dəyişikliyi siyasətini davam etdirmək üçün bir qrup faşistə son nəfəs vermək məqsədi daşıyır”.
Roza
-
Magazin121:48"Buna görə ağlamaq dərəcəsindəyəm"
-
Nida Xəbər 21:00Mais Bərxudarov görün kimlərlə görüşdü - FOTO
-
Magazin120:00Azərbaycanlı müğənni keçmiş əri üçün ELÇİ GEDƏCƏK
-
Dəb18:48Qalibi seçən münsiflərimiz… - FOTO
-
İdman18:12"Qarabağ" PLANLARI AÇIQLADI - Yanvarın 3-dən 10-na kimi...
-
Sosial17:48Tovuzda toyu təxirə düşən 14 yaşlı qız danışdı - VİDEO
-
Sosial16:56Həbsdə olan sabiq məmurlar da azadlığa çıxacaq?
-
Sosial14:50Rüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı - Siyahı





































