Dünya
Bu ölkədə hər yerdən neft fışqırır: xalqa da verəcəklər
Cənubi Amerika ölkəsi Surinam neft və təbii qaz gəlirlərini xalqı ilə bölüşməyə hazırlaşır.
Publika.az xəbər verir ki, bu barədə Surinam prezidenti Çan Santoxi noyabrın 25-i Müstəqillik Günündə açıqlama verib.
O, hər bir surinamlının neft və təbii qaz gəlirlərindən faydalanmasını istədiklərini bildirib: “Bu fürsətdən hər kəs faydalanacaq və heç kim kənarda qalmayacaq. Siz neft gəlirlərinin ortaq sahiblərisiniz”.
Yeni proqram çərçivəsində yaşı 18-dən yuxarı olan hər bir Surinam vətəndaşının adına əmanət hesabı açılacaq və bu hesablara 750 dollar yatırılacaq. Dünya Bankının rəqəmlərinə görə, təxminən 600 min əhalisi olan Cənubi Amerika ölkəsinin illik ümumi daxili məhsulu 3,4 milyard dollardır. Bundan əlavə, hər 5 nəfərdən 1-i yoxsulluq içində yaşayır.
Ancaq ekspertlər neft və təbii qaz investisiyaları ilə ölkənin 10-20 il ərzində 10 milyard dollara yaxın gəlir əldə edəcəyini proqnozlaşdırırlar.
Roza
-
Sosial10:35Nisyə mal satanların nəzərinə: Bu gündən...
-
Maraq dünyası10:19Bu bürclər bu həftə çox pul QAZANACAQ
-
İqtisadi gündəm09:50Mərkəzi Bankdan kreditlərlə bağlı - QƏRAR
-
Nida Xəbər 09:35XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi
-
Avto07:15İkinci əl avtomobil almaq istəyənlərə şad xəbər - Video
-
Ekopublika.az05:45“Nvidia” rəhbərinin 162 milyard dollarlıq sərvəti gündəmdə - Tarixin ən bahalı boşanması baş verəcək?
-
Qoroskop01:20Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün yeni həyat başlayır
-
Dünya00:27Türkiyədə zavodda partlayış: ölənlərin sayı artdı - Yeniləndi



















.jpg)






.jpg)



