Dünya
Hindistan Pakistanla sərhədə 2 batalyon YERLƏŞDİRDİ
Hindistanın Sərhəd Təhlükəsizliyi Qüvvələri (BSF) Pakistanla həmsərhəd Cammu bölgəsinə əlavə iki batalyon yerləşdirib.
Publika.az xəbər verir ki, bu barədə PTI agentliyi təhlükəsizlik güclərindəki mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, yerləşdirmə 2000-dən çox şəxsi əhatə edir və Pakistanla beynəlxalq sərhəddə mövcud BSF mövqelərinin arxasında ikinci müdafiə xəttini gücləndirmək məqsədi daşıyır. Bu sərhədin gücləndirilməsi qərarı 2024-cü ildə Rajouri, Poonç, Reasi, Udhampur, Kathua və Doda rayonlarında 18 təhlükəsizlik işçisi də daxil olmaqla 40-dan çox insanın həlak olduğu silsilə terror aktlarından sonra qəbul edilib.
Hindistan Sərhəd Təhlükəsizliyi Qüvvələri ölkənin qərbindəki Cammu, Pəncab, Racastan və Qucarat bölgələri boyunca uzanan beynəlxalq sərhədin 2289 km-dən çoxunu qoruyur. Cammu bölgəsi sıx meşələr və dağlıq ərazi ilə bu sərhədin 485 km-ni təşkil edir. Ərazidə ümumilikdə 10-a yaxın BSF batalyonu yerləşdirilib.
Qeyd edək ki, Hindistan və Pakistan arasındakı faktiki sərhəd sözdə Nəzarət Xətti - Cammu və Kəşmirdə yerləşən 740 km uzunluğunda demarkasiya xətti boyunca keçir. Dövlətlər arasında sərhəd mübahisəsi 1947-ci ildən, Britaniya Hindistanı müstəqillik qazandıqdan sonra dini zəmində iki dövlətə bölündüyü vaxtdan bəri davam edir.
Hazırda Kəşmirdə rəsmi dövlət sərhədi yoxdur. Hindistan hissəsində isə ərazinin ölkədən ayrılmasını müdafiə edən fəal qruplar fəaliyyət göstərir.
Yeni Dehli İslamabadı ekstremistləri dəstəkləməkdə günahlandırır, ittihamları rədd edir.
Adəm Abbaslı
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 28 Oktyabr 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR

















.jpg)

.jpg)














.jpg)