Dünya
Çin və ABŞ arasında “müharibə” başladı: Bu səbəbdən
ABŞ-ın çip sənayesinə tətbiq etdiyi yeni məhdudiyyətlərə cavab olaraq, Çin Birləşmiş Ştatlara kritik mineralların ixracını məhdudlaşdırıb.
Publika.az xəbər verir ki, bu barədə Çin Ticarət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, müdafiə və silah sistemlərində geniş istifadə olunan qalium, germanium və surma kimi kritik mineralların, super sərt materialların ABŞ-a ixracı qadağandır.
Bəyanata görə, tədbirlər Çinin ixraca nəzarət qanunlarına uyğundur, milli təhlükəsizliyi təmin edir və nüvə silahının yayılmaması ilə bağlı beynəlxalq öhdəlikləri yerinə yetirir. Nadir metalların təxminən 70 faizini istehsal edən Çin qlobal emal gücünün 85 faizinə malikdir.

Qeyd edək ki, Çinin ABŞ-la bağlı qərarı Co Bayden administrasiyasının çip sektorunda Çinə əlavə məhdudiyyətlər tətbiq etməsindən sonra qəbul edilib.
ABŞ Ticarət Departamentinin Sənaye və Təhlükəsizlik Bürosu (BIS) bildirib ki, yarımkeçiricilərin hazırlanmasında istifadə olunan 24 növ çip istehsalı aparatına və 3 kateqoriya proqram təminatına ixrac məhdudiyyətləri qoyulub.
Məhdudiyyətlər çərçivəsində süni intellekt sistemlərində istifadə olunan Yüksək Bölmə Genişliyi Yaddaş (HBM) çiplərinin Çinə ixracı da qadağan edilib.
Roza
-
Dünya13:17İtaliya Makronun təşəbbüsünə "yox" dedi - Roma hərbçi göndərməyəcək
-
Cənubi Qafqaz12:42Köçəryan və oğlunun saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Dünya09:28Rusiya sərhədi vurdu: Keçid məntəqəsində yanğın başladı
-
Sosial08:37Gələn həftədən su obyektlərindən istifadə ödənişli olacaq - Məbləğlər
-
Pul07:55Azərbaycanda çoxunun evində var: Atmayın, 250 manata alırlar - FOTO
-
İdman07:15İldə 30 milyon qazanır, amma xoşbəxt deyil: Səbəbini açıqladı
-
Dünya06:16İrandan ABŞ-ın sanksiyalarına reaksiya: Planımız hazırdır
-
Qoroskop01:40Bu bürclərin həyatında köklü dəyişikliklər olacaq




























.jpg)


.jpg)