Dünya
Ərdoğandan dünyanın gələcəyi ilə bağlı kritik açıqlama: Qarşıdakı 2-3 ayda...
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qaziantepdəki Şahinbəy Xalq Kitabxanasında “Gənclərlə görüş”də çıxışı zamanı Beynəlxalq Cinayət Məhkəməsinin İsrailin baş naziri Benyamin Netanyahunun həbsi ilə bağlı qərarını şərh edib.
Publika.az xəbər verir ki, Ərdoğan bu qərarı İsrailə müxalif ölkələrin qələbəsi adlandırıb.
“Beynəlxalq Cinayət Məhkəməsi çox düzgün qərar verib. Lakin Netanyahu heç vaxt əvvəlki qərarlara tabe olmayıb. Buna da əməl olunmayacaq. Amma əməl etsə də, etməsə də, bu qərarın özü İsrailə qarşı olan ölkələrin qələbəsidir. Bu, çox vacib idi”, – deyə Ərdoğan bildirib.
Türkiyə prezidentinin sözlərinə görə, onlar indi Netanyahunun məhkəmə qərarlarına cavab olaraq hansı addımlar atacağına baxacaqlar.
O, həmçinin qeyd edib ki, dünya çox qeyri-adi bir dövr yaşayır.
“İndi Amerikada Tramp hökuməti hakimiyyətə gəlib. Baxaq görək Trampın rəhbərlik etdiyi yeni administrasiya ABŞ-da necə formalaşır. Bütövlükdə dünya tamam başqa gələcəyə doğru irəliləyir. Ona görə də qarşıdakı 2-3 ay bizim üçün çox önəmlidir”, - deyə Ərdoğan vurğulayıb.
Tural
-
Rəsmi xronika11:49İlham Əliyev Ərdoğana başsağlığı verdi
-
Elm və təhsil11:42Məktəblərdə 7 gün DƏRS OLMAYACAQ
-
Sosial10:35Nisyə mal satanların nəzərinə: Bu gündən...
-
Maraq dünyası10:19Bu bürclər bu həftə çox pul QAZANACAQ
-
İqtisadi gündəm09:50Mərkəzi Bankdan kreditlərlə bağlı - QƏRAR
-
Nida Xəbər 09:35XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi
-
Avto07:15İkinci əl avtomobil almaq istəyənlərə şad xəbər - Video
-
Ekopublika.az05:45“Nvidia” rəhbərinin 162 milyard dollarlıq sərvəti gündəmdə - Tarixin ən bahalı boşanması baş verəcək?
























.jpg)






.jpg)


