Dünya
Rusiya ilə mümkün münaqişəyə hazır deyilik - Baş katibdən ETİRAF
NATO-nun baş katibi Mark Rutte Rusiya ilə mümkün münaqişə təhlükəsinə qarşı kifayət qədər hazırlığın olmadığını bildirib.
Publika.az xəbər verir ki, Rutte Belçikanın paytaxtı Brüsseldə “Carnegie Europe” analitik mərkəzinin təşkil etdiyi tədbirdə çıxış edib.
O, müdafiə istehsalı və xərclərinin artırılmasının NATO-nun mütləq prioriteti olduğunu bildirib: "Bu, hamımızdan daha sürətli və daha sərt olmağımızı tələb edir. Müharibə zehniyyətinə keçmək və müdafiə xərclərimizi tam artırmaq zamanıdır”.
Rutte Avro-Atlantik regionun təhlükəsizliyinə Rusiya, Çin, Şimali Koreya və İrandan ciddi təhdidlər olduğunu iddia edib. O, bugünkü vəziyyətin nə müharibə, nə də sülh olduğunu qeyd edib:
“NATO-nun təsiri hələ də var, amma sabahdan narahatam. Alyans yaxın 4-5 ildə gözlənilən risklərə kifayət qədər hazır deyil”.
Qeyd edək ki, 2025-ci il yanvarın 20-də ABŞ-da prezident kürsüsünə keçməyə hazırlaşan Donald Tramp da müdafiəyə kifayət qədər vəsait ayırmayan NATO ölkələrini ABŞ-ın müdafiə etməyəcəyini bildirib.
Roza
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq

































