Dünya
Putinin döyməsi ilə məşhurlaşan artist Rusiyanı tərk edir
Rusiya prezidenti Vladimir Putinin döyməsi ilə məşhur olan balet artisti Sergey Polunin ölkəni tərk etdiyini açıqlayıb.
Publika.az xəbər verir ki, o, bu barədə İnstaqram səhifəsində məlumat verib.
"Hollivud" filmlərindəki rolları ilə tanınan Poluninin sözlərinə görə, onun “ruhu düzgün yerdə deyil” və Rusiyada vaxtı bitib. Eyni zamanda ölkəyə və ruslara minnətdarlığını bildirib.
Qeyd edək ki, Polunin Ukrayna SSR-nin Xerson şəhərində anadan olub. O, uzun müddət Avropada yaşayıb və London Kral Baletinin truppasında çıxış edib və 2012-ci ildə Rusiyaya köçüb. Burada olimpiya çempionu Yelena İlinixlə evlənib. Cütlüyün üç övladı var.
2023-cü ildə Sergey gənc mədəniyyət xadimləri üçün Rusiya Prezidenti mükafatını alıb. Son bir neçə ildə o, Sevastopol Opera və Balet Teatrına rəhbərlik edib. Bundan əvvəl Poluninin vəzifəsini tərk etdiyi və onun yerinə İldar Abdrazakov təyin olunduğu məlum olub.
Adəm Abbaslı
-
Region14:39Ermənistanda radikalları qəzəbləndirən olay: Andranikin mozaikası məktəbdən söküldü - Foto
-
ABŞ14:19Rubio kubalıları kəşfiyyat ilə əməkdaşlığa çağırdı: "Dəyişiklik vaxtıdır!"
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
ABŞ13:30Ruslar ABŞ PUA-larını vurdular
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı











.jpg)












.jpg)









